Əlcəzair prezidenti, ölkəsinin milli maraqlarını çox ciddi şəkildə qoruyan və dövlətin müasir siyasi müstəvidə nüfuzunu maksimum gücləndirməyə çalışan Əbdülməcid Tebbun yerli mətbuata açıqlamasında deyib ki, tarixi arxiv dövlətin ayrılmaz parçasıdır. Bu səbəbdən də Fransa, Əlcəzairin Osmanlı dönəminin arxivlərindən nə aparıbsa, mütləq geri qaytarmalıdır.
Qeyd edək ki, Əlcəzair Fransanın 1830-cu illərdə başlamış işğalına qarşı 1 noyabr 1954-cü ildə müstəqillik mübarizəsinə start verib. Fransanın bütün zorakılıqlarına qarşı çıxan Əlcəzair, 8 il sürən və 1,5 milyon əlcəzairlinin şəhid olması bahasına başa gələn, ərəb və İslam dünyasında ən ağır bədəl ödəyərək müstəqilliyini əldə edib.
Xatırladaq ki, 2017-ci ildə Əlcəzair hökuməti ölkənin qaçırılan arxivlərinin 98 faizinin Fransada saxlanıldığını bildirmişdi.